Ölkə

Azər Aydəmir oteldə tanınmış müğənni xanımla hamam görüntüləri yayıldı

Tanınmış aktyor Azər Aydəmirin sosial şəbəkələrdə hamam xalatında görüntüləri yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən aktyor bildirib ki, bu görüntülər onun yeni çəkildiyi “Otel Loo” filmindəndir. Filmdə əsas rolları o, Oksana Rəsulova, Günəş Mehdizadə, Asiman Ağa Rövşən, Nurlan Süleymanlı, Səmimi Fərhad, Kamil Nazim, Mələk Hacıyeva, Nihad Heybətov və Aqil Sadıqzadə canlandırır.

“Ssenari müəllifi Asiman Ağa Rövşən, Rejissor Elvin Rüstəmzadədir. Xronomterajı 75 dəqiqə olan “Otel Loo” komediya janrındadır. Baş prodüseri İslam Ağa, prodüseri Nurlan Qarayev olan film fevral ayında təqdim olunacaq” – deyə o bildirib.

Azər Aydənirin canlandırdığı Murad adlı ekspert Aliyə adlı müğənni ilə oteldə bir gecə keçirir və bilmədən sevgilisini boğur. Nəticədə o, həm polis, həm arvadı tərəfindən “basılır”. Çox maraqlı hadisələr də bundan sonra başlayır.

“Cavanlıqda otellərdə çox qalmışam, maraqlı hadisələr olub. Bu başıma gəlmişlərin və gələcəklərin şişirdilmiş formasıdır” deyə aktyor əlavə edib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button