İqtisadiyyat

Kapital Bank 2023-cü ilin II rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 iyul 2023-cü il tarixinə 8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,5 milyard manat olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2023-cü il tarixinə 6,2milyard manat olub.

Bankın 1 iyul 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 774 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard &Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün – https://kbl.az/tkstcrd.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button