Mədəniyyət

Bakıda “UNESCO-nun Azərbaycanda qeyri-maddi mədəni irsi” mövzusunda vorkşop keçirilib

Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi” festivalı çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 7 nömrəli ASAN xidmət mərkəzində “UNESCO-nun Azərbaycanda qeyri-maddi mədəni irsi” mövzusunda vorkşop keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Vorkşop “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və ASAN könüllüləri tərəfindən təşkil olunub. Kurator qismində Samirə Faizova çıxış edib.

Vorkşopda rəssamlar Eldar Babazadə, Röya Həsənova, Kamilə Muradova, Məryəm Kiblayeva, Leyla Orucova, Nailə Aslanova və Leyla Muradova iştirak ediblər.

“Arts Council Azerbaijan” QHT-nin bu vorkşopu keçirilməsində əsas məqsədi gənclərdə incəsənətə marağın artırılması, Azərbaycan rəssamlarının yaradıcılığının populyarlaşdırılmasıdır.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button