Ölkə

Liam Peynenin ölüm səbəbi BİLİNDİ

Bir neçə gün əvvəl Buenos-Ayresdə otelin 3-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişən müğənni Liam Peynin ölüm xəbəri dünyanı şoka salıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay-a istinadən xəbər verir ki, Argentinanın səlahiyyətliləri, pop ulduzunun başına gələnləri üzə çıxarmaq üçün mərhumun nəşini yarıblar.

Hesabat, Peynenin yıxılmadan əvvəl “yarı şüurlu vəziyyətdə” olduğunu və faciəli hadisə nəticəsində travmatik beyin zədəsi də daxil olmaqla 25 xəsarət aldığını təsdiqləyiblər. 

“Rolling Stone” dərgisininin məlumatına görə, Liam yıxılma nəticəsində çoxsaylı xəsarətlər, daxili və xarici qanaxma və travmatik beyin zədəsi nəticəsində vəfat edib. 

Hesabatda həmçinin qeyd olunur ki, hadisə “şübhəli ölüm” kimi araşdırılır, baxmayaraq ki, bütün əlamətlər musiqiçinin yıxılarkən tək olduğu və bir növ narkotik maddə alovu yaşadığını göstərir.

Liamın ölümündən bir neçə dəqiqə əvvəl, saat 17:07-də bir otel işçisi 911-ə zəng edərək “alkoqol və qeyri-qanuni maddələrin təsiri altında olan, otağı zibilləyən və həm qonşuları, həm də özü üçün təhlükə yaradan bir qonağı” xəbərini verib.

Hadisə zamanı polis Peynenin otel otağında axtarış aparıb və orada “qadağan olunmuş maddələr, spirtli içkilər və sınmış mebel” aşkar edib. 

Yarılmaya görə, Liamın cəsədində heç bir pozğunluq əlamətləri olmayıb və onun ölümündə üçüncü şəxslərin əli olduğuna dair heç bir əlamət aşkar edilməyib. Polis musiqiçinin ölümündən bir neçə saat əvvəl onun otel otağında olan iki qadını, həmçinin üç otel işçisini də dindirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button