Siyasət

Budəfəki Brüssel görüşünü digərlərindən fərqləndirən DETAL

Əvvəlki Brüssel görüşlərindən fərqli olaraq bu dəfəki görüşdə bir sıra yeni məsələlərin müzakirəsini gördük. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün vacib olan məsələlərin hamısı demək olar ki, bu görüşdə müzakirə olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə açıqlamasında politoloq Aydın Quliyev deyib.

“Biz ilk dəfə olaraq Bərdə-Ağdam yolunun istifadəsi ilə bağlı məsələnin də müzakirə olunduğunu gördük. Bundan əlavə Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına ləyqaətli qayıdışının təmin olunması məsələsinin müzakirə olunmasını vurğulamaq lazımdır. Bu fakt özlüyündə Brüssel görüşünün əvvəlkiləridən fərqli olduğunu göstərir”.

Onun sözlərinə görə, bu görüşdən sonra növbəti görüşlərin də anonsu verildi.

“Bu da özlüyündə Brüssel formatının normallaşma prosesinə daha uğurlu format olduğunu ortaya qoyur. Təssüflər olsun ki, Brüssel görüşündən sonra Rusiya XİN-inin yaydığı bəyanatı olduqca qəribə görünür. Yaxşı olardı ki, Rusiya normallaşma istiqamətində daha müsbət addımlar atsın. Sanki Rusiya Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından narahatdır.

Prezident İlham Əliyevin də dediyi kimi imzalanacaq sülh müqaviləsində Qarabağ erməniləri üçün hər hansı ayrıca maddə ola bilməz. Sənəddə Dağlıq Qarabağ ifadəsinin də işlədilməsinə heç bir zərurət yoxdur. Lakin Rusiya XİN niyəsə bunun əksinə olan təkliflərlə çıxış edir”, – deyə A.Quliyev əlavə edib.

Qeyd edək ki, iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşü baş tutub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button