Ölkə

Mikroavtobus və qatarın toqquşması nəticəsində xəsarət alanların son durumu

“Mercedes Vito” markalı mikroavtobus və qatarın toqquşması nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 21.10.2024-cü il tarixində saat 02:30 radələrində Xəzər rayonu, Qala stansiyası ərazisindən qatar ilə avtomobilin toqquşması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

1954-cü il və 2001-ci il təvəllüdlü şəxslər (qadın və kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.

1954-cü il təvəllüdlü şəxsə (qadın cinsli) açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, üzün, alnın çoxsaylı cırılmış yarası, sağ bazu sümüyünün sınığı diaqnozları ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

2001-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün və sol qamış sümüyünün sınığı, sol aşağı ətrafın çoxsaylı əzilmiş yaraları diaqnozları təyin edilib.

Göstərilən tibbi xidmətlərdən sonra vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyilə ambulator müalicə üçün evə buraxılıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button