Ölkə

Türkan: “O ağılsız müğənnilərdən deyiləm ki…”

“6-7 ildən çoxdur ki, tanınıram. Hansısa bir mahnım “YouTube”da “trend”də düşsün dəyə pul xərcləməmişəm. İstər tək, istərsə də duet oxuduğum mahnılar olsun. Nəğmələrim hər zaman “trend”də olub. Mən o ağılsız müğənnilərdən deyiləm ki, mahnım “trend”ə düşsün deyə pul ödəyim. Bununla da deyim ki, mahnılarım “trend”dədir. Xeyr! Bu mahnılarımızı xalq sevməlidir”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi həmkarlarının ağılsızlıqdan mahnıları “YouTube”da “trend”ə düşsün deyə pul xərclədiyini bildirib: 

“Bizim özümüzə uyğun kütləmiz var. Bizi də o kütlə sevir. Hər kəsin bizi sevməsi mümkünsüzdür. Bu gün oxuduğum mahnıların əksəriyyəti “trend”dədir. “Trend” bizim üçün köhnəlib. “Trend” yeni ifaçılar, birdə ki, hələ də “trend” xəstəliyindən çıxa bilməyən müğənnilər üçün aktualdır”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button