Ölkə

“McDonald`s”da bir nəfər zəhərlənərək öldü

ABŞ-da “McDonald’s” fast food şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər isə xəstəxanaya yerləşdirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

“Oktyabrın 22-nə olan məlumata görə, 10 ştatda “E. coli O157:H7″ ştammı ilə bağlı 49 hadisə qeydə alınıb”, – məlumatda deyilir.

Mərkəzin məlumatına görə, ilk hallar sentyabrın 27-də qeydə alınıb. 28 yoluxmuş şəxs haqqında rəsmi məlumat mövcuddur. Bakteriyanın yaratdığı hemolitik-uremik sindromun inkişafı nəticəsində Koloradoda bir nəfər ölüb.

Epidemioloji məlumatlara görə, “McDonald’s”-a gələn qonaqlar “Kral Çizburgeri”ndən zəhərləniblər. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal olunur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button