Ölkə

Xəzər dənizində baş verən zəlzələlərlə bağlı RƏSMİ AÇIQLAMA

Xəzər dənizində baş verən zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

“Bu gün Xəzər dənizində baş verən zəlzələlərin (Dağıstan ərazisi və Türkmənistanla sərhəddə) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil. Odur ki, sosial şəbəkələrdə yayılan məlumatların heç bir əsası yoxdur. Əsassız məlumatlara inanmayın və rəsmi məlumatları izləyin”, – deyə V.Rafiqqizi bildirib.

Xatırladaq ki, bu gün saat 10:31-də Xəzər dənizində – Türkmənistan ilə sərhəddə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,5-ə bərabər olub. Saat 13:19-da isə Xəzərin Dağıstan ərazisində maqnitudası 3,3-ə bərabər olan daha bir zəlzələ qeydə alınıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button