İdman

“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçilib

“Sumqayıt” Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Klubun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu barədə ECA-dan müraciət daxil olub. Bildirilib ki, klub Birliyin 2023-2027-ci illər dövrəsi üçün assosiativ üzvlüyünə qəbul olunub. Həmçinin “Sumqayıt” qurumun sentyabrda keçiriləcək Baş Assambleyasına dəvət ediləcək.

Azərbaycan klublarından “Neftçi”, “Qarabağ” və “Qəbələ” də hazırda qurumun üzvləridir.

Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Hazırda birliyin 330 üzvü var ki, həmin klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button