Ölkə

CINEMO Mobil Film Festivalı bu ildən Beynəlxalq status qazandı

2023-cü ildən start götürən CINEMO Mobil Film Festivalı bu ildən etibarən Beynəlxalq festival kimi keçiriləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə festivalın təsisçisi və direktoru, kinoaktyor, prodüser Ruslan Sabirli məlumat vermişdir:

“Məlumdur ki, keçən ildən etibarən SBRLY komandası olaraq Azərbaycanda CINEMO Mobil Film Festivalına start vermişik. Bu gün mobil filmlər inkişafda olan bir yaradıcı sənayedir, çünki hər kəs mobil telefona sahibdir və sosial media üçün çoxlu sayda videolar, qısa filmlər çəkilir, hər gün bloqqer, vloqqer, influencerlərin sayı dayanmadan artır. Təbii ki, CINEMO Mobil Film Festivalı bu il də baş tutacaq. Onu xüsusilə qeyd edim ki, bu ildən artıq festivalın statusu böyümüşdür, o arttıq beynəlxalq festivaldır: CINEMO Beynəlxalq Mobil Film Festivalı. Hesab edirəm ki, bu, ölkəmiz üçün əhəmiyyət kəsb edən bir hadisə, iştirakçılar üçün böyük motivasiyadır.”

Festivalda beynəlxalq və yerli nominasiyalar mövcuddur:

  • Beynəlxalq: Ən yaxşı bədii film, Ən yaxşı sənədli film, Ən yaxşı sosial çarx, Ən yaxşı musiqi klipi, Ən yaxşı sosial media vloqu.
  • Yerli (yalnız Azərbaycan): Ən yaxşı bədii film, Ən yaxşı sənədli film, Ən yaxşı sosial çarx.

SBRLY tərəfindən keçirilən “Fikir çəkmə, telefona çək” sloqanlı CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və TikTok platformasının dəstəyi ilə keçirilir.

Qaliblərin Mükafatlandırma Mərasimi Mərkəzi Asiya və Qafqaz üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində canlı yayımlanacaq.

Təqdim edilmiş filmlər arasından Münsiflər Heyəti qalibləri müəyyən edəcək. Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com

Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:

Email: [email protected]

Facebook:

Instagram:

İnformasiya dəstəyi –  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.world


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button