Ölkə

Metronun iş rejimi dəyişir – “Qarabağ”a görə…

Oktyabrın 24-də “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi qarşılaşma ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, “Gənclik” stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.

Gün ərzində qatarlar payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə əlavə qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.

Oyun başa çatdıqdan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button