Ölkə

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: “50 yaşadək kişilər…”

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə müraciət edə bilərlər.

Tələb olunan sənədlər:

– C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;

– şəxsiyyət vəsiqəsinin surəti;

– hərbi biletin surəti;

– tərcümeyi-hal;

– rəngli fotoşəkil (2 ədəd 3×4 və 2 ədəd 4.5×6 sm ölçüdə);

– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.

Sənəd qəbulunun həyata keçiriləcəyi ünvan: Biləcəri qəsəbəsi, X.Natəvani küçəsi 1. (Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi)

Müraciət etmə vaxtı: həftəiçi (bazar və bayram günlərindən başqa) saat 09:00-dan 18:00-dək, şənbə günləri saat 09:00-dan 13:00-dəkdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button