Ölkə

Gəncədə ağır qəza – 2 yük maşını toqquşdu

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin “Gəncə Qapıları” adlanan ərazisi yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı yük avtomobili “HOWO” markalı avtomobilə çırpılıb.

Nəticədə “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca dəyib.

Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Bundan başqa “Mercedes” markalı yük avtomobilində olan məişət avadanlıqları yolun hərəkət hissəsinə dağılıb.

Yolda bir qədər tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb olunub. Hərəkət tam bərpa edilib, qırlılıb sınan məişət avadanlıqları yoldan təmizlənib.

Qeyd edək ki, hadisə vaxtı sahibkara xeyli ziyan dəyib. Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button