Ölkə

Tələbələrin köçürülməsinə başlanılır… Proses belə olacaq…

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Təhsildə keyfiyyət təminatı agenliyinin şöbə müdiri Nicat Əsədli bildirib ki, proses iyulun 25-də saat 11-də start götürəcək

Tələbələrin köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası,eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Portala müraciət edən şəxslər köçürülmək istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdirlər.

Köçürülmə üçün tələbənin dim balı olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Sənəd qəbulu 31 iyul saat 23:59-dək davam edəcək.

Mövzu ilə bağlı “Xəbər Ertəsi”nin hazırladığı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button