Ölkə

“MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsi üçün əsər qəbulu elan olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan  Rəssamliq  Akademiyası, Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi,  Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Uşaq  Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik  ili” çərçivəsində kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unudurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında  “MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsi üçün əsər qəbulu elan olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İştirakçılar uşaq və xalq ədəbiyyatı, müəllif əsərləri , həmçinin, təbiət  və məişət mövzulu ədəbiyyat nümunələrində  bəhs olunan hər hansı bir səhnə  və epizodları  xarakterizə etdirən illüstrasiya və ya miniatür əsər təsvir etməklə müsabiqəyə qoşula bilər.

Əsər qəbulu üçün son tarix: 10 dekabr 2024 -cü il

İştirakçı anketi

        əsərin fotosu :                                 əsərin adı:…..

        soyad ,ad: ……..                                     təvəllüd:……..

        məktəb:  ………                                      əlaqə :………

Anketin qəbulu ünvanı: [email protected]

Qeyd: müəlliflər adlarını qeyd etməklə ortaq (uşaq-müəllim, uşaq -valideyn, dostlar ) yaradılmış əsərlər təqdim edə bilər.

Yuxarı yaş qrupu öz arzusu ilə iştirak edə bilər. Xarici ölkə vətəndaşları müsabiqəyə qoşula bilər.

yanaşma: fərdi, ənənəvi, Azərbaycana xas, müasir-avanqard

Ölçü   30×40 sm-ə qədər

Mövzu, texnika: sərbəst

Müsabiqəyə ən coxu 2 əsər göndərmək  olar

Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı    

Münsiflər tərəfindən seçilmiş 100 əsər sərgilənəcək

Sərgilənən əsərlərin müəlliflərinə sertifikat, fəal məktəblərə təşəkkürnamə təqdim ediləcək.

Sərgidən seçilən ən yaxsı 20 əsər Xətai Sənət Mərkəzinin daimi ekspozisiysında 2 həftə boyunca sərgilənəcək.

I,II,III yerlər və həvəsləndici mükafatlar təqdim olunacaq.

Nominasiya mükafatları       

1.ən yaxşı klassik əsər                                    2. ən yaxşı müasir əsər

3.ən yaxşı  milli ruhlu əsər                            4. ən yaxşı rəng  həlli

5.ən yaxşı minimalist əsər                             6. ən yaxşı xəyalın təsviri

7.ən yaxşı ilüstrasiya miniatür                     

Sərginin online kataloqu hazırlanacaq.

PLAGİAT OLMAYAN ,YENİ NƏFƏS ƏSƏRLƏR  GÖRMƏK İSTƏYİRİK

Əlavə suallar üçün: 051-310-74 01 tel /whatsapp

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.       

İnformasiya dəstəyi –  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button