Ölkə

İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ – yeni dələduzluq növü yayıldı

“6 ay müddətində ictimai nəqliyyatdan limitsiz səyahətlərdən zövq almaq imkanı təqdim edirik”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə “BakıKart” nağdsız elektron ödəniş sisteminin adından bu tipli dələduzluq kampaniyası aparılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, 4 AZN ödəyərək ictimai nəqliyyatdan 6 ay ərzində pulsuz istifadə imkanının yaradılması ilə bağlı bəzi sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli də bildirib ki, vətəndaşlar bu tip məlumatlara inanmasınlar, şəxsi məlumatlarını heç kəslə bölüşməsinlər. 

Lumu İsrəfilli həmçinin bildirib ki, belə hallarla rastlaşanlar Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzi”nə  və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. 

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button