Ölkə

Bakıda doqquz yeni COP29 informasiya mərkəzi fəaliyyətə başlayacaq

COP29 ilə bağlı ziyarətçi təcrübəsinin yaxşılaşdırılması, onların rahatlığının təmin olunması üçün 9 yeni turizm informasiya mərkəzinin eyni anda COP29 informasiya mərkəzi kimi fəaliyyətə başlaması gözlənilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu layihə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə həyata keçirilir:

“Hazırda Dənizkənarı Bulvar ərazisində yerləşən COP29 informasiya mərkəzindən savayı 9 yeni informasiya mərkəzi fəaliyyətə başlayacaq. Onlardan 7-si şəhər ərazisində, 2-si hava limanında-terminal 1 və terminal 2-də noyabr ayından etibarən fəaliyyətə başlayacaq”, – deyə İ. Cavadov qeyd edib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button