Ölkə

Tuneldəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA: Nasoslar işləyirmiş

Bakıda “Komsomol dairəsi” kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrəfilov bildirib.

O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu Rayon Prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb:

“Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button