Ölkə
Hərbi şəhərcikdə 63 yaşlı qadın faciəvi şəkildə öldü
Kürdəmirdə 63 yaşlı qadın hamam otağında ürəktutmasından dünyasını dəyişib.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən hərbi şəhərcikdə qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Elfirida Veysəl qızı Həsənova hamam otağında yuyunarkən qəfildən halı pisləşib və o, xəstəxanaya çatana qədər yolda dünyasını dəyişib.
Rayonun hüquq-mühafizə orqanı əməkdaşları faktla bağlı araşdırmalar aparır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun