Ölkə

“Asiya.az” 10 yaşını qeyd etdi – VİDEO

Elektron mətbuatın regionda yaranan ilk nümunələrindən olan “Asiya.az” Xəbər Portalı 10 illik yubiley yaşını qeyd edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Grand” restoranında keçirilən yubiley tədbirində cənub bölgəsində fəaliyyət göstərən media qrumlarının nümayəndələri, idarə-müəssisə rəhbərləri, ziyalılar iştirak edib. 

 

Xəbər Portalının rəhbəri Cəfər Cəfərov dəyər verib, sevgi göstərərək yubiley yaşına təşrif buyuran hər kəsə sonsuz təşəkkürünü bildirib. O, qeyd edib ki, regionda kiçik komanda ilə məhdud şərtlər altında 10 il ayaqda durmaq böyük fədakarlıq tələb edir. 

“Əsas vəzifəmiz regionda baş verən hadisələrdən obyektiv və operativ xəbər vermək, dövlətin və xalqın milli maraqlarını informasiya cəbhəsində qorumaq, oxucularımızın arzularını ifadə etməkdir. “Cənubdan dünyaya” şüarı ilə doğma Masallımızdan cahana boylanır, bölgənin səsi olmağa çalışırıq” – deyə baş redaktor bildirib. 

Çıxış edənlər xəbər portalına uğurlarının davamlı olmasını və hər zaman indi olduğu kimi obyektiv, etibarlı informasiya mənbəyi olaraq fəaliyyət göstərməyi arzu ediblər. 

Media və QHT rəhbərləri, idarə və təşkilat nümayəndələri “Asiya.az” Xəbər Portalının təsisçi və baş redaktoru Cəfər Cəfərova diplom, təşəkkürnamə və digər qiymətli hədiyyələr təqdim edərək öz təbriklərini çatdırıblar. 

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button