Ölkə

Məşhur nəşr Əzizə xaladan yazdı

Məşhur “Economist” nəşri Qusar rayonunun Hil kəndində yaşayan, bişirdiyi yeməkləri öz yutub kanalında paylaşaraq məşhurlaşan Əzizə Rəmixanova ilə bağlı material hazırlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, yazıda qeyd olunub ki, 7 milyona yaxın izləyicisi olan “Kənd həyatı” yutub kanalının iki milyard baxışa sahibdir.

O da bildirilib ki, hər buraxılışın müddəti 25 dəqiqədən artıq çəksə də, bu, izləyiciləri heç yormur. Nəşr Əzizə xalaya yazılan müsbət rəylərdən bir neçəsini də yazıda qeyd edib.

Əzizə xanımın təkcə Azərbaycandan deyil, dünyanın bir çox şəhərindən, o cümlədən Londondan, Sidneydən, Yekaterinburqdan, Kiyevdən də izlənildiyi oxucuların diqqətinə çatdırılıb.

Qeyd edək ki, Əzizə Rəmixanova öz rayonunun tanınmış aşpazlarındandır. O, Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirənidir. Onun yutuba çıxışı isə pandemiya dönəminə təsadüf edir. Belə ki, qadının oğlu Əmiraslan Rəmixanov COVİD-19 pandemiyasınadək Bakıda restoranların birinin aşpazı olub. Karantin müddətində isə ana və oğlu yutub kanalı açaraq sevdikləri peşəni sosial şəbəkələrə daşımağa qərar veriblər və bu, onlarda çox uğurlu alınıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button