Ölkə

Oqtay, məni nə vaxt dəvət etsən, gələcəyəm!

Əməkdar artist Dilarə Əliyeva bir müddət hazırlaşdığı “Mintonasiya” adlı “stand-up” şousunu başa vurub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay.az-a istinadən xəbər verir ki, ötən gün Heydər Əliyev Sarayında keçirilən tədbirdə aktrisa həm güldürüb, həm də kövrəldib.

Mərhum həyat yoldaşı Oqtay Əliyevdən söz açan sənətçi bunları söyləyib:

“Biz bu konsertə hazırlaşarkən qohum-əqrəbaya bilet göndərdik. Gördük ki, hamıya dəvətnamə göndərmişəm. Bir nəfərdən başqa… Əminəm ki, o burdadır, məni eşidir və bəlkə də məni gözləyir. Bu gün həm də ad günümdür və o, mənə ürək sözlərimi bildirmək istəyir. Oqtay düz danışan adam idi, mən də burada düz danışmağa çalışdım. Əgər nəyisə düz demədimsə, Oqtay, sən məni bağışla. Bağışla ki, səni dəvət edə bilmədim. Amma sən məni nə vaxt dəvət eləsən, mən gələcəyəm. Bura təşrif buyuran, bu gün mənə inanıb, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button