Ölkə

“Ona görə kişilər qol-qanad açırlar”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva ilə aparıcı Rövşanə Ağasəfqızı efirdə mübahisə ediblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay-a istinadən xəbər verir ki, hadisə xanım məşhurların qonaq olduğu “Xəbərin var?” maqazin verilişində yaşanıb.

Allahverdiyeva ilə Ağasəfqızının sözlərinin çəp gəlməsinə səbəb Əməkdar artist Vasif Məhərrəmlinin sözügedən proqramda “Həyat yoldaşının xəyanətini bağışlayan qadın qəhrəmandır” fikirləri olub.

Ruhəngiz bu məsələyə belə münasibət bildirib:

“Kişi azad məxluqdur. O hara istəyir gedir. Mən bu sözlərimlə heç bir qadını aşağılamıram. Mənə bir kişi göstərin ki, o, xanımına xəyanət etməsin. Xanımına xəyanət etməyən kişi çox azdır. Nadir, göydə bir damla ola bilər. Ən ağıllı qadın anlamalıdır ki, onun həyat yoldaşı harasa gedir”.

Müğənninin bu sözlərinə Rövşanə etiraz edib:

“Ruhəngiz xanım, siz nə danışırsınız? Sizin belə düşünməyinizdir ki, o kişilərə qol, qanad verir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Amerikada, Avropada əgər evlənirlərsə, boşanacaqlar deyə bir şey yoxdur. Bu qəbul olunan bir şey deyil. Təbliğat aparıb, maarifləndirmək lazımdır. Siz haqlı deyilsiniz. Qadınlar dəfələrlə ərlərinin xəyanətini bağışladıqlarına görə kişilər də qol, qanad açırlar”.

Allahverdiyeva isə Ağasəfqızının fikirlərinə belə qarşılıq verib:

“Kişilərə qəhrəmanlıq donu geyindirmirəm. Təbii ki, heç kim istəməz ki, onun həyat yoldaşı harasa getsin. Qız ailə qurur olur qadın, kişi isə yüz yerə gedir, yenə də kişidir. Mənim nə demək istədiyimi hamı anladı. Biz əgər bunu düzəldə bilsəydik, bu qədər ailələr dağılmazdı”.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button