Ölkə

Bakıda bu ərazidə SÜRÜŞMƏ: ərazi nəzarətə götürüldü

22:12

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bakı Kənar Dairəvi 1 avtomobil yolunun sol tərəfindəki yamacda uçma hadisəsi baş vermişdir. Proses üç gün bundan əvvəl başlamış , bu gün son mərhələsi baş vermişdir.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

“Səhər saatlarında tərəfimizdən əraziyə baxış keçirilmiş, araşdırmalar aparılmışdır. Göründüyü kimi yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qopub 50sm yerini dəyişmiş və stabil vəziyyətdə qalmışdır.

Lakin yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır, hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir.

Yol infrastrukturunda heç bir problem olmamış, nəqliyyatın hərəkətinə maneə yaranmamışdır”, – deyə o qeyd edib.

——-

21:18

Bakı Kənar Dairəvi yolda qaya parçalarının yola doğru sürüşməsi yolda avtomobillərin hərəkətinə mane olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hazırda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi davam etdirilir.

———-

19:55

Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.

Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button