Ölkə

Beynəlxalq Muğam Mərkəzində tanınmış qarmon ifaçısı Nizami Əsgərovun yaradıcılıq gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində tanınmış qarmon ifaçısı Nizami Əsgərovun yaradıcılıq gecəsi keçirildi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının aparıcılığı ilə baş tutan gecədə tanınmış incəsənət xadimləri iştirak edirdilər. Aparıcı Nizami Əsgərovun yaradıcılığından, onun gözəl musiqiçi, təcrübəli pedaqoq kimi xüsusiyyətlərindən söz açdı. Bildirdi ki, tanınmış qarmon ifaçısı bəstəkarlıq qabiliyyəti olan, rəqs janrının quruluşunu, nəzəri əsaslarını bilən, eləcə də muğam sənətinə bələd olan istedadlı musiqiçilərimizdəndir. Onun qarmonda yaratdığı hər bir melodiya qəlbləri fəth edir, xalq sevgisi qazanır. Təsadüfi deyil ki, gecədə Nizami Əsgərovun müəllifi olduğu mahnı və rəqslər də yer alır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Daha sonra  görkəmli mədəniyyət xadimlərinin qarmon ifaçısının yaradıcılığı haqqında fikirləri videolent şəklində təqdim olundu. Bu təqdimatlarda unudulmaz sənətkarlar Əlibaba  Məmmədov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Aftandil İsrafilov olmaqla Xalq artistləri Alim Qasımov, Ağaverdi Paşayev, Mənsum İbrahimovun fikirləri də yer alıb. Gecə müğənnilərin və tanınmış qarmon ifaçılarının iştirakı ilə konsert proqramı ilə davam etdi. Proqramın  sonunda  Nizami Əsgərovun tədbirin təşkilində köməyi olanlara və qonaqlara təşəkkürünü bildirdi.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

Nizami Əsgərov 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. Professional fəaliyyətə 1977-ci ildən, M.Maqomayev adına Azərbaycan Dövlət

Filarmoniyasında Azərbaycan Dövlət Rəqs Ansamblının tərkibində qarmon ifaçısı kimi başlayıb. 1982-ci ildən Aşıq Ələsgər adına Mədəniyyət Sarayında qarmon müəllimi kimi fəaliyyətə başlayan sənətçi fəaliyyətini 1993-cü ildə Bakı Xoreoqrafiya Məktəbində, 1995-ci ildən isə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasında davam etdirir. N.Əsgərov yeni musiqiçi nəslinin formalaşmasında, ifaçılıq sənətinin inkişafında bir ustad kimi mühüm rol oynayıb. Onun peşəkar sənətə gəlməsində əmisi Şirvan aşığı Əli Əsgər Əsgərovun mühüm rolu olub. Yaqub Məmmədov, Sabir Mirzəyev, Qulu Əsgərov, Nəzakət Məmmədova, Baba Mahmudoğlu, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Arif Babayev, Süleyman Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov, Məmmədbağır Bağırzadə, Nisə Qasımova, Mənsum İbrahimov, Könül Xasıyeva, Mələkxanım Əyyubova və digər ifaçıları dəfələrlə müşayiət etmiş Nizami Əsgərovun sənəti SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın da diqqətini cəlb edir 1997-ci ildə onu öz ansamblına dəvət edir. Sənətkar kollektivlə dünyanın 20-dən çox ölkəsində qastrol səfərində olub.

 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button