İqtisadiyyat

Muğanbank daha 6 aztəminatlı şəxsə dəstək oldu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna “Muğanbank” ASC də qoşulmuşdur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Muğanbank uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq Bakı, Sumqayıt şəhərlərində, eləcə də Salyan, Göyçay və Goranboy rayonlarında yaşayan aztəminatlı ailələrə əvəzsiz olaraq avadanlıqların verilməsi istiqamətində fəaliyyətini davam etmişdir.

Avtotəmizləmə xidməti ilə məşğul olan 6 vətəndaş müvafiq avadanlıqlarla təmin edilib. Bununla da, Muğanbank tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılmışdır.

“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya saytı vasitəsilə mümkündür.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button