Ölkə

Həmin partlayışda yaralananlardan biri ÖLDÜ

Sumqayıtda ötən həftə müəssisədə baş vermiş partlayış nəticəsində xəsarət alan şəxslərin biri vəfat edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hər iki şəxs oktyabrın 23-ü saat 11:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

Daha sonra hər iki şəxs ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. Təxliyə olunan yaralılardan biri – 1973-cü il təvəllüdlü şəxs burada bir müddət müalicə aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Tibb müəssisəsinə gətirilərkən bədənin 90-93% termiki yanığı diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxs isə vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün zəruri tibbi yardıma və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, pasiyentin 29 oktyabr tarixində yanıq toksemiyası səbəbilə ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button