Ölkə

Bakıda piyadanın bu hərəkətinə görə qəza baş verdi, uzun tıxac yarandı

Piyada keçidindən istifadə etməmə, sürücü diqqətsizliyi və düzgün ara məsafəsi saxlamama təhlükə yaradır. Bu, yol-nəqliyyat hadisəsinin baş verməsinə və yollarda sıxlığın yaranmasına səbəb olur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Qeyd olunub ki, bunu nəzərə alaraq, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və DYP əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir:

“Xüsusilə, müşahidə kameralarının qeydə aldığı bu hadisə ötən gün günorta saatlarında Aeroport şosesində baş verib. Paytaxtın əsas yollarında piyada və sürücü ehtiyatsızlığından baş verən hər bir qəza sıxlığa, şəhərin digər istiqamətlərində hərəkətin fasiləsiz təşkilində ləngimələrə səbəb olur.




Bir daha diqqətə çatdırırıq ki, hər bir hərəkət iştirakçısı – piyada, sürücü qaydalara əməl etməli, digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button