Ölkə

Anasının böyrəyi ilə yaşayan Azərin vəziyyəti yenə pisləşdi

Aktyor Azər Baxşəliyev yenidən əməliyyat olunacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda “İncə səhər” verilişində deyib. O bildirib ki, böyrək transplantasiyası etdirəcək:

“Az qalıb, həll olunmalıdır. Böyrəyimdə problem var idi, əməliyyat olunmuşdum. Son günlər həmin problem yenidən yarandı. Bu dəfə də əməliyyata gedəcəyəm. Bu, son olacaq. Böyrək köçürülməsi olunacaq”.




Qeyd edək ki, Azər illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl donor axtardığını deyib.

“2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var” deyə, Azər açıqlamasında bildirib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button