Ölkə

İmtahan kifayət etmədi – Taksi sürücülərinin növbəti sınağı

Ölkəmizdə fəaliyyət göstərən taksi sürücüləri 1 iyul 2024-cü il tarixindən etibarən etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlığa cəlb olunurlar. Dövlət İmtahan Mərkəzi tərəfindən bundan öncə üç dəfə baş tutan imtahanların növbətisi noyabrın 3-də həyata keçiriləcək. İmtahanda iştirak etmək üçün 774 nəfər qeydiyyatdan keçib. Bəs taksi sürücülərinin imtahan edilməsi nəqliyyat sistemində nəyi dəyişəcək?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı lent.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, artıq taksi fəaliyyəti ilə bağlı müəyyən tədbirlər planı həyata keçirilir, tələblər irəli sürülür:

“Qanunvericilikdə də bu barədə xüsusi maddələr nəzərdə tutulub. Taksi sürücüləri üçün nəzərdə tutulmuş tələblərdən biri onların təlimlərdə iştirakıdır. Təlimlər əsasən taksi sürücülərinin sərnişinlərlə davranış qaydaları, həmçinin avtomobilə nəzarət kimi üzərilərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı keçirilir. Bəzi şəxsi nəqliyyat vasitəsi ilə taksi xidməti göstərən vətəndaşlar istədikləri kimi idarə edə biləcəklərini düşünürdülər. Lakin təlimlərdə sürücülərə müştəri məmnuniyyəti, sərnişinlə, o cümlədən, avtomobil ilə necə rəftar etməli olduqları aşılanır”.

Onun sözlərinə görə, sürücülərin təlimlərdə öyrədilənlərin nə dərəcədə mənimsədiyini bilmək üçün imtahanların keçirilməsi məqsədəuyğundur.

Ekspert hesab edir ki, bu imtahanlardan uğurla keçən taksi sürücülərinin xidmətində gözlə görüləcək dərəcədə dəyişikliyin şahidi olacağıq”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button