Ölkə

İsmayıllıda 44 yaşlı kişi intihar edib

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, İsmayıllı şəhər sakini 1979-cu il təvəllüdlü Əliyev Pərviz Nəsir oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Qeyd edək ki, iyunun 24-də Pərviz Əliyevin həyat yoldaşı 1978-ci il təvəllüdlü Əliyeva Şəfa Eynulla qızı şəkər xəstəliyi səbəbindən komaya düşərək İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilmiş və orada dünyasını dəyişmişdi, eləcə də Pərviz Əliyev arvadının ölümünə dözməyərək həmin gün özünə bıçaq xəsarətləri yetirmişdi.

Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilmişdi. O, müalicə olunaraq evə buraxılsa da, bu gün intihar edib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button