Ölkə

Yerüstü keçidlər niyə taxta ilə üzlənir?

Bakı şəhərinin müasirləşdirilməsi istiqamətində atılan növbəti addım yerüstü piyada keçidlərinin üzlənməsidir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, 8 Noyabr prospektində aparılan bu işlər sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Diqqət çəkən əsas məqam isə keçidin üzlənməsinin taxta örtüklə həyata keçirilməsi olub.

Bakı Abadlıq Xidmətinin əməkdaşı, rəssam Emin Ələkbərov 8 Noyabr prospektindəki keçidlərin taxta ilə üzləndiyi faktını təsdiqləyib.




“Bunlar xüsusi qurudulmuş vəziyyətdə olan termotaxtalardır. Onlar həm ekoloji, həm estetik, həm də rəng nöqteyi-nəzərdən, yəni rənglərin məkana uyğun seçilməsi baxımından çox uyğundur. Bu termotaxtalar estetik cəhətdən daha müasir və daha dayanıqlıdırlar. COP29-la bağlı çalışmışıq ki, plastik materiallardan uzaq olan üzlük materialları seçək”, – deyə E.Ələkbərov qeyd edib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button