50 nəfərin içində söyüşlə danışırlar
“Ölümündən əvvəl Hüseyn Dərya ilə danışmışdıq birlikdə konsert verək. Alınmadı ki, riyakarlıq kimi görünə bilər. İki rəqib necə konsert verə bilər? Ancaq döyüşə bilr, ona da razı deyildik. İndikilərin döyüşməyi kimi… 50 nəfərin içində söyüşlə danışmaq. Nə bilim… Yəqin qocalmışıq”.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri reper Elşad Xose “Astar” yutub layihəsində deyib. Sənətçi aparıcı Ülvira Qarayevanın “Gəncliyində söyürdün. Yaşlı kişilər deyirdi eyibdir. İndi gənclər söyür, sən deyirsən olmaz. Efirdə bunları görmürük” sözlərinə Elşad belə reaksiya verib:
“Mən dəryaya efirdə, kiminsə qabağında söyüş demirdim. Efirdə nə görürsünüz ki? Xoşqədəmdən başqa. Sosial şəbəkədə hər şey olar. Hələ betər olacaq”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun