Ölkə

Proqramdakı maşının yerinə başqa taksi gəlir – 20 min cəriməsi var

Müasir dövrdə vətəndaşların hüquq və vəzifələri arasında, onların dövlət qurumları ilə əməkdaşlığı önəmli yer tutur. Xüsusilə, şəhərimizin inkişafında və sosial xidmətlərin keyfiyyətinin artırılmasında vətəndaşların aktiv rolu zəruridir. Belə ki, dövlət orqanları vətəndaşların rəy və şikayətlərinə diqqət yetirərək, problemlərin həllinə yönəlmiş tədbirlər görürlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Uzun müddətdir ki, Bakıda köhnə avtomobillərin taksi fəaliyyəti ilə məşğul olunmasının qarşısı alınır. Bu kimi hallarda sürücülər köhnə avtomobillərini yeni başqa avtomobil adı ilə qeydiyyatdan keçirdir. Müştəri isə taksi sifariş verəndə tətbiqdə başqa avtomobil görsənir, amma ünvana başqa avtomobil gəlir. 

Bəs bu kimi halda vətəndaşlar nə etməlidir?

Mövzu ilə bağlı Milli.Az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlama verib.

O bildirib ki, AYNA daima reydlər keçirilir və vətəndaşlardan gələn müraciətlərə baxılır. 

“Əgər vətəndaşlar bu cür hallara rastlaşarlarsa, 141 qaynar xəttinə məlumat verməlidirlər. Lakin bizim sakinlərin səsi yalnız sosial şəbəkələrdə çıxır, rəsmi şikayətdə yox. Vətəndaşlar daim dövlət qurumlarına kömək etməlidirlər. Həmin faktlar əsasında dövlət qurumları ölçü götürür. Hətta bu yaxınlarda “Maxim” taksi şirkətinə 20 min manat cərimə yazılıb. Bu, yəqin ki, digər taksi şirkətlərinə dərs olar. Hazırda ölkədə nəzarət tədbirləri gücləndirilmiş iş rejimindədir”.

Ekspert qeyd edib ki, bu hadisələr ictimai xidmətlərin keyfiyyətini artırmaq məqsədini daşıyır və hər bir vətəndaşın aktivliyi ilə daha da effektiv ola bilər. Vətəndaşların dövlət orqanları ilə əməkdaşlığı, cəmiyyətin ümumi rifahına müsbət təsir göstərir.

Aysel Əkbər

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button