Ölkə
Namiq onun FOTOsunu paylaşıb, yardım istədi
Meyxanaçı Namiq Qaraçuxurlu hazırda xəstəxanada olan həmkarı Xəyyam Əhmədlinin ziyarətinə gedib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi hazırda vəzziyəti pis olan meyxanaçı üçün yardım istəyib.
“İnşallah, hər şey yaxşı olar, qardaş” sözlərini yazan Namiq onun kart hesabını yayımlayıb.
Qeyd edək ki, Xəyyamın ürəyində problem var. Onun qarnına su yığılıb və ürəyini yenidən əməliyyat etmək mümkün deyil. Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır. X.Əhmədli 2018-ci ildə ürəyindən anju olunub.
Milli.Az