İqtisadiyyat

Təmassız Azəriqaz ödənişləri də indi ABB mobile-da

ABB mobile artıq 200-dən çox ödəniş xidmətini müştərilərinə təqdim etməklə vətəndaşların kommunal, rüsum, kredit və s. ödənişlərini rahatlaşdırır. Bu gündən isə ABB mobile-da Azəriqaz-ın smart kartlarınatəmassız ödəniş funksiyası da aktivdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Apple (iOS) istifadəçiləri ABB mobile ilə Gallus smart kartlarının, Android istifadəçiləri isə Gallus və Zenner kartlarının balansını artıra bilərlər. İndiyə qədər bu əməliyyat üçün müxtəlif ödəniş terminallarına yaxınlaşmaq lazım gəlirdi.

ABBmobile tətbiqində yaradılmış bu imkandan faydalanmaq üçün istifadəçi kommunal ödənişlərdən Azəriqaza keçid edib, Gallus və ya Zenner kartları üzrə ödəniş etmək üçünkartı telefonun arxa hissəsinə yaxınlaşdıraraq istədiyi məbləği daxil edir. ABB mobile vasitəsilə təmassız şəkildə həm yeni ödəniş aparmaq, həm də ödənişi bərpa etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button