Ölkə
tanınmış həkim qızının şad günündə ÖLDÜ
Toyda ölüm hadisəsi baş verib.
Milli.Az itul.az-a istinadla xəbər verir ki, hadisə Şəkidə baş verib.
Rayonun tanınmış həkimlərindən olan Leyla Şıxəliyeva bacısı qızının xoş günündə dünyasın dəyişib.
O, toyda xeyir-dua verdikdən sonra rəqs etmək istəyərkən yerə yıxılıb. Təcili yardım gələnə kimi isə o artıq dünyasın dəyişib.
Beləcə, toy yasa qarışıb.
Milli.Az