Ölkə

Azərbaycanda eyni bağça 4-cü dəfə yandı

3 il əvvəl fəalliyyətini dayandıran bağça 4-cü dəfədir ki, yanır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Mingəçevirin Puşkin küçəsində yerləşən, hazırda istifadəsiz olan 8 saylı körpələr evi və uşaq bağçasında ötən gün yanğın hadisəsi qeydə alınıb.

Qəfildən alovlanan binanın birinci mərtəbəsində başlayan yanğını söndürmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağrılıb. Yanğınsöndürmə briqadası bağçanın ərazisində başlayan yanğını lokallaşdıraraq onun ətraf ərazilərə yayılmasına imkan verməyib. Sakinlər iddia edirlər ki, sözügedən təhsil müəssəsində yanğınlar qəsdən törədilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan “Xəzər Xəbər”ə bildirilib ki, Mingəçevirdə yerləşən 8 saylı körpələr evi uşaq bağçasında qeydə alınan yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button