Ölkə

Azərbaycanda maskalı şəxslər evə basqın etdi

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Şorsu kənd sakininə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar – Saleh Əliyev, Şahid Ballıyev və Elton Paşayev müəyyən olunaraq saxlanılıblar. Onlar maskalı şəkildə zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurladıqlarını və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.




Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button