Ölkə

Valideynlər DİQQƏT: Məktəb yaşı artırıla bilər

Son dövrlərdə Azərbaycanda təhsil sistemində bir sıra yeniliklər və dəyişikliklər müzakirə olunur. Bu dəyişikliklərdən biri də məktəbə başlama yaşı ilə bağlıdır. Uşaqların məktəbə başlama yaşı ilə bağlı müxtəlif fikirlər və mülahizələr mövcuddur. Təhsil Nazirliyi tərəfindən təklif edilən dəyişikliklər, uşaqların təhsil həyatına daha sağlam və hazırlıqlı şəkildə başlamaları məqsədini daşıyır. Məktəbə başlama yaşının 7-yə qaldırılması, bu təkliflərdən biridir və bununla bağlı müzakirələr hələ davam edir. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bəs məktəb yaşı 7-ə qaldırıla bilər?

Mövzu ilə bağlı Milli.Az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.

O bildirib ki, uşaqların məktəbə başlama yaşının 7-yə qaldırılması ilə bağlı məsələ təhsildə onların inkişafı və öyrənmə potensialları baxımından əhəmiyyətlidir. 

“Təhsil tədqiqatçısı Jean Piaget qeyd edir ki, “uşaqların müəyyən biliyi qavrama bacarığı yaşa uyğun inkişaf mərhələlərinə bağlıdır.” Belə ki, 6-7 yaş dövrü uşaqlarda məntiqi düşüncənin inkişafının başladığı mərhələdir. Bu yaşa qədər uşaqlar oyunla və təcrübə vasitəsilə öyrənməyə meyillidir və onlara sərbəst öyrənmə imkanları yaratmaq daha faydalıdır.

Amerikalı psixoloq Lev Vygotsky-nin “zona proximal inkişaf” nəzəriyyəsi də göstərir ki, uşaqların öyrənmə potensialını inkişaf etdirmək üçün onlara yaşa uyğun öyrənmə mühiti yaradılmalıdır. Əgər məktəbə başlama yaşı uşaqların sosial və emosional inkişaf mərhələlərinə uyğun deyilsə, bu, onların məktəbə adaptasiya prosesini çətinləşdirə bilər”.

Ekspert qeyd edib ki, araşdırmalara əsasən, 7 yaşında məktəbə başlayan uşaqlar daha motivasiyalı və sinif lideri olmağa meyllidirlər. Bu yaşda məktəbə başlama onların psixoloji hazırlığı və diqqət mərkəzində olmasına müsbət təsir göstərir. Uşaqlar daha inamlı şəkildə öyrənməyə hazır olur və məktəb həyatına uyğunlaşmada daha yüksək nəticələr göstərirlər:

“Beləliklə, məktəbə başlama yaşının 7-yə qaldırılması, uşaqların həm akademik, həm də sosial-emosional baxımdan daha güclü olmalarına kömək edir. Əgər biz uşaqların təhsildə maksimum potensialını ortaya çıxarmaq istəyiriksə, onların təbii inkişaf mərhələlərini nəzərə almalıyıq”.

Aysel Əkbər

Milli.AZ

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button