Ölkə

Qatarla Xırdalan və Sumqayıta gedənlərin nəzərinə: dəyişiklik edildi

“Azərbaycan Dəmir Yolları” QSC noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar iki qatarın ehtiyatda saxlanması məqsədilə 11-23 noyabr tarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Belə ki, qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (iş günü elan edilmiş 16 və 23 noyabr tarixləri daxil olmaqla):

– Bakıdan saat 08:10, 17:50 və 19:05,

– Sumqayıtdan saat 07:20,

– Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilir.

Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button