Ölkə
Türkiyənin məşhur müğənnisinə oğurluq şoku: Köməkçisi evini soydu
Türkiyənin məşhur müğənnisi Linet evindəki köməkçisi tərəfindən qarət olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ifaçının özü jurnalistlərlə söhbətində bəyan edib.
O, hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb. İfaçı, məhkəmədən yaxşı nəticə alacağına ümidini ifadə edib.
“Bundan sonra hamıya yüz faiz inanmayacağıq əlbəttə ki. Gözümüzün hər şeyin üstündə olması lazımdır”, – deyə o, sözlərini yekunlaşdırıb.
Milli.Az