Ölkə

Sərgini qaçırmayın! – Həftə sonu heykəllər başqa yerə aparılacaq

Ziyarətçilərin dünyaşöhrətli monumental heykəltaraş Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində davam edən “Təbiətdə tarazlıq” sərgisindəki əsərləri bu həftənin sonunadək  izləmək fürsəti var.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Noyabrın 1-dən başlayan sərgidə heykəltaraşın 15-dək məşhur əsəri nümayiş olunur. Həftə sonundan etibarən həmin əsərlərin bir qismi Böyük Britaniyadakı sərgiyə, digər hissəsi COP29 məkanında nümayiş üçün aparılacaq. Ekspozisiyanın bir neçə əsəri isə 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzində təqdim ediləcək.

Xatırladaq ki, Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi ilk gündən böyük marağa səbəb olub. COP29 ərəfəsində Heydər Əliyev Mərkəzində təşkil edilən sərgi ictimaiyyətin diqqətini ekoloji məsələlərə yönəldir. Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button