Ölkə

Komendant pulu” anlayışı yoxdur, tikinti şirkəti tamamilə çıxmalıdır

Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi və ümumi xərclərin bölüşdürülməsi ilə bağlı qanunvericilikdə müəyyən tələblər mövcuddur. Lakin bu sahədə praktikada bir sıra məsələlər və çətinliklər yaranmaqdadır. Xüsusilə komendant pulu anlayışının düzgün tətbiqi və onun hüquqi əsasları hələ də bəzi mülkiyyətçilər və tikinti şirkətləri tərəfindən anlaşılmır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Binalardan komendant pulu yığmaq qanunidir?

“Komendant pulu” anlayışı Azərbaycanda yoxdur. Bir çoxmənzilli binalarda təxminən 200-300 mənzil mövcuddur, hər birinin öz mülkiyyətçisi var və eyni zamanda binanın ümumi mülkiyyətində olan sahələr də mövcuddur. Bu ümumi sahələrə yer, bloklar, liftlər, zirzəmi, dam və s. daxildir. Bunlar ümumi mülkiyyət hesab olunur”.

Bu sözləri Milli.Az-a hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, mülkiyyətçilərin hər biri mənzil mülkiyyəti haqqında qanuna əsasən, binanın saxlanılması və təmirinin xərclərini öz sahələrinə uyğun olaraq ödəməlidir. Bu məsələ binanın ümumi yığıncağında müzakirə edilməli və qərarlaşdırılmalıdır. Bizim ölkədə bir çox hallarda binaların idarə edilməsi tikinti şirkətləri tərəfindən həyata keçirilir. Lakin qanuna əsasən, tikinti şirkəti binanı tikib mənzilləri təhvil verdikdən sonra idarəetmədən tamamilə çıxmalıdır. Təəssüf ki, bəzi tikinti şirkətləri idarəetməni davam etdirir, bu isə qanuna ziddir.

“Ümumi yığıncaq olmayan binalarda komendant pulu alınması qanunsuzdur. Ümumi yığıncaq keçirilən binalarda isə mülkiyyətçilər binanın idarə edilməsi ilə bağlı bir neçə şəkildə qərar verə bilərlər. Ən çox yayılmış iki idarəetmə forması vardır. Vətəndaşların özlərinin idarə etməsi uyğun ola bilər, lakin bu, böyük binalarda çətin olur. Mülkiyyətçilərin müştərək hüquqi şəxs yaratması da doğru versiya sayıla bilər. Bu hüquqi şəxs Ədliyyə Nazirliyində qeydə alınır və mülkiyyətçilərin hüquqlarını təmsil edir. Həmin hüquqi şəxs, yəni mülkiyyətçilərin birliyi, komendantın nə qədər pul yığması və idarəetmə ilə bağlı qərarları qəbul edir.

Yığılan məbləğ, əsasən, hər bir mənzilin kvadrat metri ilə mütənasib olaraq mülkiyyətçilər arasında bölüşdürülür. Əgər seçilən komendant işinin öhdəsindən gələ bilmirsə, onu dəyişdirmək lazımdır. Komendantın əsas borcu sakinlərə daim maliyyə hesabatı təqdim etməkdir”.

 

Hüquqşünas qeyd edib ki, qanuna əsasən, komendant pulu yığılması yalnız ümumi yığıncaqda qəbul edilən qərarlara uyğun olaraq və mülkiyyətçilər arasında razılaşdırılmış şəkildə həyata keçirilə bilər.

Aysel Əkbər

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button