Ölkə
“Son altı ayda 17 erkən nikahın qarşısı alınıb”
2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
“Hazırda Komitənin 17 rayonda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir. 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 6 ay müddətində 4 “açıq qapı günü” keçirilib.
Müraciət edən 517 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib”, – deyə B.Muradova qeyd edib.
Milli.Az