Ölkə
Bu şəxslər avtobuslardan və metrodan pulsuz istifadə edəcək
9-24 noyabr 2024-cü il tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün avtobus marşrutlarından istifadə ödənişsiz olacaq.
Bu barədə Milli.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“Bakı Metropoliteni” QSC-dən isə verilən məlumatda bu gündən 22 noyabr tarixinədək metroda COP29 iştirakçıları üçün istifadənin ödənişsiz olacağı bildirilib.
Məlumata görə, metro və avtobuslardan istifadə üçün COP29 iştirakçıları akkreditasiya kartlarını təqdim etməlidir.
Milli.Az