Ölkə
İzzət Bağırov müğənnilərdən xahiş etdi: “Yardıma ehtiyac var…”
Müğənni İzzət Bağırov hazırda səhhətində ciddi problem olan meyxanaçı Xəyyam Əhmədlinin ziyarətinə gedib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi Xəyyamın yardıma ehtiyacı olduğunu bildirib:
“Hamı bilir ki, Xəyyamın vəziyyəti yaxşı deyil. Tək meyxanaçılar yox, bütün sənət adamları yanında olsun. Sənət dostlarımızdan, onun sözlərinə mahnı oxuyanlardan xahiş edirəm ona dəstək olsunlar”.
Qeyd edək ki, Xəyyamın ürəyində problem var. Onun qarnına su yığılıb və ürəyini yenidən əməliyyat etmək mümkün deyil. Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır. X.Əhmədli 2018-ci ildə ürəyindən anju olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun