Ölkə

4 ildir pulunu verib aldıqları mənzillərə köçə bilmirlər…

Yaşayış üçün bina tikilsə də, ancaq təmir olunmadığı üçün sakinlər öz mənzillərinə sahib çıxa bilmirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər tikinti şirkətinin 4 ildir öhdəliyini tam yerinə yetirməməsindən şikayətçidir.

Masazır kənd Heydər Əliyev prospekti döngə 2 ünvanında yerləşən apartman tipli beş mərtəbəli tikili müqavilə əsasında Şoranlıq -94 çoxprofilli şirkətə aiddir.

“Mənzillər sakinlərə satılsa da, lakin verilən müddət başa çatıb”.

Tikilidə fasadın təmirini həyata keçirən şəxs isə işlərin tədricən həyata keçirildiyini deyir.

Mövcud məsələ ilə bağlı tikinti şirkətinin rəhbəri Pərviz Qurbanov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, gecikmələrə baxmayaraq işlər qısa vaxt ərzində yekunlaşacaq və mənzillər öz sahiblərinə təhvil veriləcək.

Vətəndaşlar mövcud problemlə bağlı aidiyyatı qurumlara şikayət məktubu ünvanladıqlarını bildirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button