Ölkə

İnsanları mənzil başına deyil, ölümə aparan 141 nömrəli AVTOBUS…

Avtobus sürücüləri qayda pozmaqda davam edirlər.    

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Sürücülər qəza riski yaradan, riski artıran əməllərindən əl çəkmirlər. Görüntülərdən göründüyü kimi, sürücü avtobusda telefonla oynayır, əllərini sükandan çəkərək kiməsə mesaj yazır.

Bununla da sərnişinlərin həyatını təhlükəyə atırlar.

Sosial şəbəkələrdə yayılan görüntülər Paytaxtın Mərdəkan qəsəbəsindən Neftçilər metrostansiyasına doğru hərəkət edən 141 nömrəli avtobusda qeydə alınıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sərnişinlər deyir ki, belə kobud qayda pozuntularına yol verən sürücülər onları sanki ölümə aparır.

“Sərnişinlər məsuliyyətsiz sürücülərə qarşı sərt tədbirlərin görülməsini istəyirlər.”

Daşıyıcı şirkətdən bildirildi ki, sözügedən görüntülərlə bağlı araşdırma aparılıb və lazimi tədbirlər görülüb. Həmin sürücü artıq işdən azad olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button